ABŞ-da səhrada polad sütun
06 dekabr 2020 16:39 (UTC +04:00)

ABŞ-da səhrada polad sütun

Səhrada peyda olan müəmmalı polad sütunun sirri açıldı

Amerikanın “The Most Famous Artist” art qrupu bildirib ki, ABŞ-ın Yutanın ştatındakı səhrada peyda olmuş sirli sütunu onun üzvləri quraşdırıb.

Lent.az-ın xəbərinə görə,  bu barədə “The Most Famous Artist” art qrupu "İnstaqram" səhifəsində məlumat yayıb.

“The Most Famous Artist”in saytında sütunu 45 min ABŞ dollarına almaq təklif edilir. Qeyd olunur ki, çatdırılma və quraşdırma qiymətə daxildir.

Xatırladaq ki, monolit helikopterlə uçuş zamanı noyabrın 18-də Torpaq Bürosunun əməkdaşları tərəfindən aşkar edilib. Əvvəlcə onun koordinatları gizlicə saxlanılıb. Dörd metr hündürlüyə malik sütun ilk dəfə 2015 və 2016-cı illər arasında çıxıb. Sonra Rumıniya və Kaliforniyada da belə sütunlar tapılıb və Yutadakı sütun yoxa çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3824
avatar

Oxşar yazılar