Şəhər Polis İdarəsinin rəisinə   cinayət işi açıldı
07 may 2025 18:52 (UTC +04:00)

Şəhər Polis İdarəsinin rəisinə cinayət işi açıldı

Rusiya Daxili İşlər Nazirliyinin Rostov-na-Don Şəhər Polis İdarəsinin keçmiş rəisi Sergey Şpakın rüşvət alması ilə bağlı ikinci cinayət işi açılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, yeni açılan işə görə, Şpak himayəçilik qarşılığında kommersiya qurumundan bahalı “BMW X7” almaqda şübhəli bilinir.

2025-ci ilin martında Şpaka qarşı cinayət işi açılıb. Daha sonra o, FSB və DİN əməkdaşları tərəfindən saxlanılıb və Leninski Rayon Məhkəməsi onun iki aylıq həbsinə qərar verib. Şpak ümumi dəyəri 260 min rubldan (təxminən 5423 manat) çox olan turist vauçerləri almaqda və tabeliyində olan işçiyə əmək haqqının qanunsuz ödənilməsi ilə bağlı saxta sxemdə iştirak etməkdə ittiham olunur.

İstintaqın məlumatına görə, 2017-ci ildən o zaman rayon polis idarələrindən birinin rəisi olan Şpak turist xidmətlərinə görə rüşvət alıb. 2019-cu ildən 2023-cü ilə qədər, artıq müavin, sonra isə şəhər Daxili İşlər İdarəsinin rəisi vəzifəsində çalışarkən, o, tabeliyində olan şəxslə birlikdə, uydurma olmayan bir işçiyə hesablanmış təxminən 300 min rublu (təxminən 6257 manat) mənimsəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1736

Oxşar yazılar

Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47