Karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları ictimai nəqliyyatda hərəkət iştirakçılarının normalara əməl etməsinə nəzarəti gücləndirib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 30-dan dekabrın 6-dək keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində respublika ərazisində fəaliyyət göstərən taksilərdə şəffaf arakəsmələri təmin etməyən 46 sürücü müəyyən olunub.
Bu müddətdə ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən 533 şəxs aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunub.