Səbuhi Xanlarov həbs olundu - TƏFƏRRÜATLAR
01 mart 2023 13:03 (UTC +04:00)

Səbuhi Xanlarov həbs olundu - TƏFƏRRÜATLAR

"TikTok" fenomeni Səbuhi Xanlarov həbs olunub.

Lent.az xəbər verir ki, Səbuhi Xanlarov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunub.

Bloger barəsində inzibati qaydada 15 sutkalıq həbs qərarı verilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, S.Xanlarovun həbs edilməsinə "TikTiok"un canlı yayımında "Daqqılı" ləqəbli Ziliş Cəfərovu təhqir etməsi ilə bağlıdır.

Belə ki, S. Xanlarov və "Magerramoff" adlı "TikTok" fenomeni Əmrah Məhərrəmov canlıda "Daqqılı"nın şalvarını soyundurublar. 

Əmrah Məhərrəmov ölkədən qaçıdığı üçün onu həbs etmək hələlik mümkün olmayıb. Onun hazırda Gürcüstanda gizləndiyi bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20706

Oxşar yazılar