Yanvarın 9-da Gəncədə mağazalardan birinə saxta əskinas verilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a bildirilib ki, məlumat əsasında Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas dövriyyə buraxmaqda şübhəli bilinən Samux rayon Çobanabdallı kənd sakinləri əvvəllər məhkum olunmuş, Elvin Məmmədov, Tofiq Məhərrəmov, Orxan Bağırov və pulları hazırlayan Gəncə şəhər sakini Vasif Tağızadə saxlanılıb. Aparılan istintaq-əməliyyat tədbirləri nəticə V. Tağızadənin kirayə götürdüyü mənzilə baxış keçirilərək, oradan saxta pul hazırlayan çap vasitələri, 100 və 50 manatlıq saxta əsginaslar götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.