“Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq COVID-19 əleyhinə peyvənd olunması barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırma ilə xəstəxananın vəzifəli şəxslərinin ayrı-ayrı şəxlərə peyvənd vurulmadığı halda COVID-19 əleyhinə peyvənd vaksinasiya olunması barədə saxta sənədlərin tərtib etdiyinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.