Saxta alkoqoldan 33 nəfər öldü
06 noyabr 2021 13:05 (UTC +04:00)

Saxta alkoqoldan 33 nəfər öldü

0

Hindistanın Bihar ştatında ən azı 33 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

APA-nın məlumatına görə, bu barədə NDTV xəbər verir.
"İki səlahiyyətli şəxs – Nautan polis bölməsinin rəisi və kəndin mühafizəçisi –

səhlənkarlıqlarına görə işdən kənarlaşdırılıb. İddia edilən satıcılardan biri ölüb, digəri gizlənir, onun axtarışlarına başlanılıb", - Çamparan dairəsinin polis inspektorunun müavini Kumar Pravin bildirib.

Xatırladaq ki, 2016-cı ildə Biharda alkoqol satışı və istehsalına qadağa qüvvəyə minib, bundan sonra regionda qeyri-qanuni, o cümlədən saxta spirtli içki bazarı formalaşıb. Yerli mətbuatın məlumatına görə, son bir ildə ştatda 100-ə yaxın insan keyfiyyətsiz spirtli içkilərdən istifadə nəticəsində dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1854

Oxşar yazılar