Namiq Zeynalov
09 dekabr 2020 17:10 (UTC +04:00)

Namiq Zeynalov

Saxlanılan keçmiş icra başçısı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB

0

Bu gün Səbail rayon Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

APA xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, N. Zeynalov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

***

16:37

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov məhkəməyə gətirilib.

APA xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan sabiq icra başçısı N.  Zeynalov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilib.

Prosesə Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılır.

Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

N. Zeynalov Cəlilabad rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə N. Zeynalov Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1225

Oxşar yazılar