Samuxda qəza:  1 ölü, 7 yaralı  - YENİLƏNİB
02 sentyabr 2025 15:12 (UTC +04:00)

Samuxda qəza: 1 ölü, 7 yaralı - YENİLƏNİB

0

Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar sentyabrın 2-də saat 11:10 radələrində 7 nəfər (5 kişi, 2 qadın cinsli) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi xidmət göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda Akademik Z.Məmmədov adına xəstəxananın və Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbələrində onların müayinələri davam etdirilir", məlumatda deyilir.

***

13.00

Samuxda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Kür yolunda qeydə alınıb. Rayonun Qaraağaclı qəsəbə sakini 1967-ci il təvəllüdlü R. Behbudovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşıdan gələn avtomobillə toqquşub. Qəza zamanı sürücü R. Behbudov ölüb. Avtomobildə olan Qaraağaclı qəsəbə sakini 2001-ci il təvəllüdlü E. Behbudov və ikisi azyaşlı olmaqla daha 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 724

Oxşar yazılar