Samuxda narkotikin təsirində olan sürücü saxlanıldı
06 mart 2024 09:32 (UTC +04:00)

Samuxda narkotikin təsirində olan sürücü saxlanıldı

0

Samuxda narkotikin təsirində olan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon ərazisində "VAZ" markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsini idarə edən Elxan Cəfərovun narkotik vasitə qəbul etdiyinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub. E.Cəfərovun barəsində toplanmış material məhkəməyə göndərilib.

Bundan başqa, keçirilən profilaktik tədbirlər zamanı təhlükəsizlik və işıq cihazlarından istifadə etməyən, sürücülük hüququ olmadan və ya sərxoş halda nəqliyyat vasitələrini idarə edən, normadan artıq qaz tullantısı ixrac edən və digər qayda pozuntularına yol verən avtomobil sahibləri də aşkar edilib. Polis əməkdaşları həmin sürücülərlə profilaktik söhbətlər apararaq onlara yol hərəkəti qaydalarının tələblərini xatırladıblar. Bildirilib ki, bu qaydalara riayət edilməsi həm sürücülərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacibdir.

Qeyd edilən qayda pozuntularına yol verən 19 sürücü barəsində inzibati protokol tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3872

Oxşar yazılar