Şamaxıda 4 qadın sel zamanı təhlükəli vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Şamaxı rayonu Qızmeydan kəndi ərazisində 4 qadının Pirsaat çayında qəflətən sel gəlməsi nəticəsində təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.
Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində 4 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.