Şamaxıda DƏHŞƏT:  ər arvadını qəbiristanlıqda öldürdü - NAMUS CİNAYƏTİ  - YENİLƏNİB
23 aprel 2025 16:06 (UTC +04:00)

Şamaxıda DƏHŞƏT: ər arvadını qəbiristanlıqda öldürdü - NAMUS CİNAYƏTİ - YENİLƏNİB

Şamaxıda törədilən qətlin səbəbi məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində, namus üstündə törədilib. 

Hadisənin qəbiristanlıqda törədilməsinə gəldikdə isə ehtimal edilir ki, kişi övladlarının gözü qarşısında arvadını öldürmək istəməyib. O, bu məqsədlə cinayəti törətmək üçün heç kimin olmadığı qəbiristanlığı seçib. 

***

saat 15:32

Şamaxıda qətl hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhər qəbiristanlığında qeydə alınıb.

Rayon sakini, 39 yaşlı Vüsal Hidayətov həyat yoldaşı, 29 yaşlı Sevda Hidayətovanı qəbiristanlığa apararaq orada öldürüb.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən V. Hidayətov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1882

Oxşar yazılar