Lider mobil operator “Audiokitab” layihəsi çərçivəsində ərsəyə gələn kitabları “Kitabların Səsi” adlı vahid platformada təqdim edir
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Azercell Telekom” MMC illər ərzində ərsəyə gətirdiyi audiokitabları rəsmi veb-saytında yeni yaradılmış "Kitabların Səsi" adlı bölmədə yerləşdirib.
Platformada audioformatda hazırlanmış Nizami Gəncəvinin 100-dən çox əsəri, İmadəddin Nəsiminin qəzəlləri, “Koroğlu” dastanının 10 qolu, Qarabağdan olan yazıçıların ədəbi nümunələri, Ümummilli Lider Heydər Əliyevin sevdiyi əsərlər, eləcə də komikslər və podkastlar təqdim olunur. İstifadəçilər platformada seçdikləri kitabın üzərinə kliklədikdə avtomatik olaraq Azercell-in “YouTube” kanalında yerləşdirilmiş müvafiq məzmuna yönləndirilirlər.
2017-ci ildən etibarən həyata keçirilən “ Audiokitab” layihəsi Azercell-in milli-mədəni irsimizin qorunmasına və ana dilimizdə rəqəmsal məzmunun inkişafına verdiyi töhfənin bir hissəsidir.
Səhifəyə keçid: Kitabların səsi | Məşhur tətbiqlər sərfəli abunəlik şərtlərilə