Kişilərin xəyanətinin   əsas səbəbləri AÇIQLANDI
23 aprel 2025 14:49 (UTC +04:00)

Kişilərin xəyanətinin əsas səbəbləri AÇIQLANDI

Kişilər niyə xəyanət edir və bunu necə qarşısını almaq olar?

Xəyanət çox vaxt birdən-birə və izahsız bir xəyanət kimi qəbul edilir. Lakin psixoloqlar bildirir ki, əksər hallarda bu davranışın arxasında müəyyən psixoloji və ya sosial səbəblər dayanır.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, hər nə qədər xəyanətin bəzən açıq və məntiqli izahı olmasa da, kişini belə bir addıma sövq edə biləcək bir sıra amillər mövcuddur.

Mütəxəssislər öz peşəkar təcrübəsində ən çox rast gəldiyi beş əsas səbəbi izləyiciləri ilə bölüşüb. Onun sözlərinə görə, bu amillər kişilərin seçimində həlledici rol oynaya bilər:

1. Ailədən miras qalmış davranış modeli

Əgər kişi elə bir mühitdə böyüyübsə ki, orada xəyanət adi hal kimi qəbul olunub, məsələn, atası tez-tez başqa qadınlarla münasibətdə olubsa, bu, onda xəyanəti normal bir davranış kimi formalaşdıra bilər. Nəticədə, kişi özü də fərqində olmadan uşaqlıqdan tanıdığı ssenarini təkrarlamağa başlayır.

2. Ətraf mühitin təsiri

Əgər dostlar və ya iş yoldaşları xəyanət barədə açıq danışır və ya bunu dəstəkləyirlərsə, kişi də bu davranışı tədricən normal qəbul etməyə başlayır. Əgər onun ətrafında bu cür davranışlar qınanmırsa, bu onun üçün “olduqca qəbul edilən” bir hal ola bilər.

3. Emosional uzaqlaşma

Əgər qadın artıq özünü inkişaf etdirmir, yeni təəssüratlara, ortaq məqsədlərə marağını itiribsə, kişi daxili boşluq hiss edə bilər. Emosional bağın və mənəvi dəstəyin olmaması kişini bu istiliyi və anlayışı başqa yerdə axtarmağa sövq edə bilər.

4. Tərk edilmişlik hissi

Əgər qadın bütün diqqətini uşaqlara, ev işlərinə və ya karyerasına yönəldirsə, kişi özünü ikinci planda hiss edə bilər. Diqqətsizlik, maraqsızlıq və iştirakın olmaması fonunda kişi önəmini yenidən hiss etmək istəyə bilər - bu isə onu xəyanətə yaxınlaşdıra bilər.

5. Ortaq uşaqların olmaması

Bəzi cütlüklər sonsuzluq problemi ilə üzləşir və ya uşaq doğmağı təxirə salır. Bu zaman kişidə reallaşmamışlıq hissi, mənasızlıq və hətta gələcək barədə şübhələr yarana bilər. Bu da onu emosional çıxış yolu axtarmağa sövq edə bilər.

Psixoloqlar vurğulayır

Bu səbəblərin heç biri xəyanəti haqq qazandırmır. Hətta onların izahı olsa da, xəyanət normal və ya düzgün sayılmır. Lakin motivləri anlamaq, vəziyyətə daha dərindən baxmağa və münasibətləri bərpa etməyə kömək edə bilər.

Xatırlamaq vacibdir

Xəyanət həmişə münasibətin sonu demək deyil. Əgər hər iki tərəf istək göstərərsə və açıq, səmimi dialoqa hazırdırsa, etibarı bərpa etmək və münasibəti yenidən qurmaq mümkündür. Əsas odur ki, zamanında dayanmaq, səbəbləri başa düşmək və danışmağa başlamaq lazımdır. Zəruri hallarda isə peşəkar dəstək almaqdan çəkinmək olmaz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar