Rusiyanın Leninqrad vilayətində 24 yaşlı əməliyyatçı qətlə yetirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kinqisepp şəhərində, Karl Marks prospektində baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, polis əməkdaşı küçədə bir nəfəri axtarışda olan cinayətkara oxşadıb.
Polis həmin şəxsi saxlamaq istəsə də, o, onun boynuna bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.
Məlumata görə, əməliyyatçının meyiti polis idarəsinin yaxınlığında tapılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.