Kürəkənini bizlə öldürən qayınata HƏBS EDİLDİ - YENİLƏNİB
23 aprel 2025 14:39 (UTC +04:00)

Kürəkənini bizlə öldürən qayınata HƏBS EDİLDİ - YENİLƏNİB

Bakıda törədilən qətllə bağlı rəsmi açıqlama yayılıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, aprelin 21-də 37 yaşlı Ədil Məhərrəmovun Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə sonuncunun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

***

22 aprel, saat 10:56

Bakıda dəhşətli qətl törədilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Şəhər sakini Ədil Məhərrəmov bizlə qətlə yetirilib.

Polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş  57 yaşlı Nəcəf Niyaz oğlu Qafarov tutularaq istintaqa təhvil verilib. 

Hadisənin motivi açıqlanmır. 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

Qeyd edək ki, hadisəni törədən kişinin ölənin qayınatası olduğu bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3580

Oxşar yazılar