Anasının sözünü  eşitdi, 50 min dollar qazandı
23 aprel 2025 13:37 (UTC +04:00)

Anasının sözünü eşitdi, 50 min dollar qazandı

ABŞ-ın Merilend ştatının sakini ilk dəfə lotereya oynayıb və varlanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Sent-Meris qraflığından bir oğlan bu yaxınlarda anası ilə alış-verişə gedənə qədər həyatında heç vaxt lotereya oynamayıb.

"Anam lotereya oynayır və mənə də alıb sınamağı təklif etdi" deyə amerikalı bildirib.

O, anasının sözünü dinləyib və “Big Money” lotereyasına bilet alıb. Oğlan qoruyucu təbəqəni pozub və ilk cəhdində 50 min dollar qazanıb.

Kişi etiraf edib ki, uduşdan böyük həzz alır, amma yenidən oynayıb-oynamayacağına əmin deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2284

Oxşar yazılar