Putinin illərdir gizlətdiyi oğlu  ilk dəfə görüntüləndi
23 aprel 2025 12:41 (UTC +04:00)

Putinin illərdir gizlətdiyi oğlu ilk dəfə görüntüləndi

 

Rusiya prezidenti Vladimir Putinin sevgilisi olduğu iddia edilən gimnast Alina Kabayevadan olan oğlu ilk dəfə görüntülənib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Putinə heyrətamiz bənzəyişinə görə 10 yaşlı İvan “Rusiyada yəqin ki, ən tənha uşaqdır”.

Rutinə olan oxşarlığı diqqət çəkib

Yayılan fotoda uşağın Putinə bənzəməsi diqqət çəkib. 72 yaşlı Putin və 41 yaşlı keçmiş gimnast Alina Kabayevanın birliyindən doğulduğu iddia edilən uşağın ilk görüntüsü dünya mətbuatında böyük səs-küyə səbəb olub.

Xəbərdə illərdir hər kəsdən uzaq saxlanılan və ciddi şəkildə qorunan uşağın "yəqin ki, dünyanın ən tənha uşağı" olduğu bildirilir. Xəbərə görə, İvan və 4 yaşlı qardaşı Vladimir adlı oğlan Putinin hamıdan gizli saxladığı övladları kimi heç kimlə ünsiyyət qurmur. Uşaqlar bütün vaxtlarını repetitor və cangüdənlərlə keçirirlər. 

2013-cü ildə 30 illik həyat yoldaşı Lyudmiladan boşandığını açıqlayan Rusiya lideri iki oğlunun olması ilə bağlı iddialardan heç vaxt danışmayıb. Mövzu ilə bağlı əvvəlki xəbərlərdə Kabayeva və iki oğlunun ölkədən kənarda yaşadığı iddia edilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1334

Oxşar yazılar