BYD "Porsche"yə rəqib  idman avtomobili təqdim etdi
23 aprel 2025 15:17 (UTC +04:00)

BYD "Porsche"yə rəqib idman avtomobili təqdim etdi

Şanxay avtosalonunda BYD ilk idman kupesi “Denza Z”ni təqdim edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, “Denza Z” BYD-nin ən son texnologiyaları ilə təchiz edilmiş dördyerlik kupedir və gələcəkdə digər “Denza” modellərində nümayiş etdiriləcəyi gözlənilir. Bundan əlavə, modelin “Porsche 911” ilə rəqabət aparacağı güman edilir. 

Qeyd olunur ki, avtomobil alçaq siluetə, gizli qapı tutacaqlarına malikdir və qapı çərçivələri yoxdur. Bundan əlavə, arxa qapıda böyük spoyler quraşdırılıb. Salon qatlanan sükanla təchiz edilib. Kupe ilə yanaşı, kabrioletlər də istehsal olunacaq.

Hələlik BYD “Denza Z” konsept modeli kimi təqdim olunur. Kupenin istehsal variantının Çində 300 min yuana (təxminən 69 min 870 manat) başa gələcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702

Oxşar yazılar