Salyan sakini yaxın qohumu tərəfindən bıçaqlandı
05 yanvar 2021 22:35 (UTC +04:00)

Salyan sakini yaxın qohumu tərəfindən bıçaqlandı

1

Salyanda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.

Münaqişə zəminində yaxın qohumu tərəfindən bıçaqlanan kənd sakini, 1968-ci il təvəllüdlü Həsənov Telman Rafayıl oglu bıçaq xəsarəti ilə Şirvan Şəhər Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2244

Oxşar yazılar