Salyan rayon sakini atdan yıxılaraq xəsarət aldı – Bakıya gətirildi
08 dekabr 2021 00:05 (UTC +04:00)

Salyan rayon sakini atdan yıxılaraq xəsarət aldı – Bakıya gətirildi

Salyan sakini ehtiyatsızlıqdan atdan yıxılaraq kəllə-beyin travması alıb. 

Lent.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Şorsulu kəndində qeydə alınıb. 

Kənd sakini, 1992-ci il təvəllüdlü Hüseynov Nicat Niyaməddin oğlu atın üstündən yıxılaraq ağır kəllə-beyin travması alıb. Salyan rayon xəstəxanasına çatdırılan N.Hüseynova qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanalardan birinə yola salınıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13297

Oxşar yazılar