Salyan həbsxanasında FACİƏ: Əsgər  özünü güllələdi -YENİLƏNİB
05 avqust 2023 20:36 (UTC +04:00)

Salyan həbsxanasında FACİƏ: Əsgər özünü güllələdi-YENİLƏNİB

Salyan rayonunun Xalac kəndindəki həbsxanada əsgər özünü güllələyib.

Lent.az xəbər verir ki, Penitensiar Xidmətdən faktı APA-ya təsdiq ediblər.

***

19.57

Salyan rayonunun Xalac kəndində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində əsgər özünü güllələyib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, 5 saylı cəzaçəkmə müəssisəsində əsgər 19 yaşlı Şamxalov Ülvü İlyas oğlu xidməti silahdan açılan atəşdən güllə yarası alıb. Yaralı əsgər Salyan rayon xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

Hadisənin özünəqəsd və ya ehtiyatsızlıqdan baş verməsi müəyyənləşdirilir.

Faktla bağlı Hərbi Prokurorluqda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4641
avatar

Oxşar yazılar