Moskvada məktəbdə ölüm hadisəsi baş verib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə səhər saatlarında Perovskaya küçəsində yerləşən ümumi təhsil müəssisəsində baş verib.
Bədən tərbiyəsi dərsindən sonra tənəffüs zamanı 15 yaşlı yeniyetmədə qıcolma yaranıb.
Hadisə yerinə gələn həkimlər onu xilas edə bilməyiblər. Faktla bağlı araşdırma aparılır.