Gizli fəaliyyət göstərən repetitor kursu aşkarlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində fərdi yaşayış evlərinin birində gizli şəkildə fəaliyyət göstərən repetitor kursu aşkarlayıb.
Şəhər sakini Aqil Muxtarovun təşkil etdiyi hazırlıq məşğələsi dayandırılıb, oradakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.
A. Muxtarov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək 400 manat cərimə tətbiq edilib.