Moskvada məktəbli alın nahiyəsindən yara ilə xəstəxanaya yerləşdirilib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Naqatinskaya sahilində baş verib. 9-cu sinif şagirdi meydançada oynayarkən səkkizinci sinif şagirdinin alnından odlu silahdan atəş açaraq qaçıb. Zərərçəkmiş alın nahiyəsindən yara ilə tibb müəssisəsinə yerləşdirilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını araşdırır.