Sankt-Peterburqun Krasnoselski rayonunda şagird məktəbə pnevmatik qumbara gətirib və onu birbaşa sinif otağında partladıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisədən sonra o, əlləri də daxil olmaqla bir sıra xəsarətlər alıb.
Fövqəladə hallar üzrə xidmətin əməkdaşları məktəbə gedib. Hazırda hadisənin digər halları müəyyən edilir.