Şabranda quduzluqla bağlı araşdırma aparılır - RƏSMİ
17 may 2023 12:30 (UTC +04:00)

Şabranda quduzluqla bağlı araşdırma aparılır - RƏSMİ

Şabran rayonunun Qorğan kəndində təsərrüfatlardan birində baş verən hadisə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi nəzarətə götürülüb. 

AQTA-dan Lent.az-a verilən məlumata görə, hadisənin səbəbləri ilə bağlı Agentliyin mütəxəssisləri ilə digər aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

Xatırladaq ki, təxminən 20-25 gün əvvəl yırtıcı heyvanlar rayonun Qorğan kəndində təsərrüfatlardan birində qoyunlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunun ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən təsərrüfat sahibi onları kəsib və özündən ayrı yaşayan övladlarının ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib.

Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub. Bundan sonra yerli dövlət qurumlarına müraciət edilib. 20 nəfər quduzluğa görə nəzarətə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572
avatar

Arzu Qurbanlı

Oxşar yazılar