Şabran şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, 16 yaşlı Osmanova Leyla Fariz qızını minik avtomobili vurub.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.