Şabranda selin apardığı neftçilərin sayı 3-ə çatdı - YENİLƏNİB
17 aprel 2025 18:21 (UTC +04:00)

Şabranda selin apardığı neftçilərin sayı 3-ə çatdı - YENİLƏNİB

Şabranda sel nəticəsində həlak olan neftçilərin sayı 3-ə çatıb.

Lent.az xəbər verir ki, Siyəzən Neft və Qazçıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin də meyiti tapılıb.

Onun cəsədi Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. Mərhumun seldə boğulduğu bildirilir.

Hazırda fakt araşdırılır./APA

***

saat 10:44

Şabran çayında meyiti tapılan şəxslərin kimliyi məlum olub.

Lent.az-ın xəbərinə görə, onlar - 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğludur.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

***

saat 10:18

Aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Lent.az FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3720

Oxşar yazılar