"Mançester Yunayted"in keçmiş futbolçusu  36 yaşında vəfat etdi
18 aprel 2025 19:20 (UTC +04:00)

"Mançester Yunayted"in keçmiş futbolçusu 36 yaşında vəfat etdi

"Mançester Yunayted"in keçmiş futbolçusu Co Tompson 36 yaşında dünyasını dəyişib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tompson Hopkins limfoması ilə (Limfoma orqanizmin mikrob və xəstəliklərlə mübarizə aparan immun sisteminin bir hissəsi olan limfa sisteminin xərçəngidir – red.) uzun müddət mübarizə aparıb. O, iki dəfə remissiyaya nail ola bilib, lakin xəstəlik residivlə qayıdıb.

Xəstəlik ingilis futbolçunu 30 yaşında futbolçu karyerasını bitirməyə məcbur edib.Daha sonra o, “Mançester Yunayted” radiosu və klub televiziyasında çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1316

Oxşar yazılar