Azərbaycanın 5 milyondan çox xarici borcu  var
18 aprel 2025 17:40 (UTC +04:00)

Azərbaycanın 5 milyondan çox xarici borcu var

2025-ci il aprelin 1-nə Azərbaycanın xarici dövlət borcunun səviyyəsi 5075 milyon ABŞ dolları təşkil edib. Operativ məlumatlara əsasən, bu dövrdə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib.

Lent.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkənin daxili dövlət borcunun səviyyəsi 2025-ci il aprelin 1-nə 18001,3 milyon manat olub və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil edib.

Beləliklə, bu il aprelin 1-nə Azərbaycanın ümumi dövlət borcu 26.628,8 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 824

Oxşar yazılar