44 günlük müharibə zamanı Rusiya Ermənistana  4 “Tor” sistemi göndərib - FAKT
18 aprel 2025 18:16 (UTC +04:00)

44 günlük müharibə zamanı Rusiya Ermənistana 4 “Tor” sistemi göndərib - FAKT

Ermənistana 44 gün sürən Vətən Müharibəsinin gedişi zamanı dəstək məqsədilə bəzi ölkələrdən silahlar daşındığı ictimaiyyətə məlumdur. Bununla bağlı Azərbaycanın ali rəhbərliyi rəsmi səviyyədə çıxışlar edib, faktlar təqdim etmişdilər.

Lent.az xəbər verir ki, bu dəfə Ermənistan tərəfindən də müharibə sırasında Rusiya istehsalı olan müasir silahlar almaqları ilə bağlı etiraf gəlib. Belə ki, Ermənistan Ordusunun keçmiş zabiti Aramo Yeqanyan yerli mediaya müsahibəsində bu barədə maraqlı detallar açıqlayıb. 202-ci ildə Azərbaycanın işğal altında olmuş ərazilərində hava hücumundam müdafiə (HHM) divizionunda mayor kimi xidmət edən hərbçi 2020-ci ilin 27 sentyabrına qədər Qarabağda erməni tərəfinin 6 ədəd Rusiya istehsalı “Tor-M2KM” zenit-raket komplekslərinə malik olduqlarını bildirib. O, müharibə sırasında Rusiyadan Ermənistan vasitəsilə Qarabağa daha 4 ədəd “Tor” sisteminin gətirildiyini etiraf edib.

“Bəli, bizim müharibə sırasında Azərbaycan Ordusu tərəfindən vurulmuş 6 “Tor-M2KM” sistemləri ilə yanaşı, kifayət qədər aktiv şəkildə istifadə edilən dörd “Tor” kompleksi də var idi. Onlar hərbi əməliyyatlarda aktiv istifadə olundular, lakin bu döyüş maşınlarının ciddi problemləri var idi – onlar çox tez xarab olurdular. Onlar tırtıllı şassidə olan nəqliyyat vasitələri idi və zavod nömrələri silinmişdi. Bu, daimi texniki xidmət tələb edən köhnə sistemlər idi”.

Yeqanyan Azərbaycan Ordusunun Ermənistanın Qarabağa yerləşdirdiyi müasir “Tor-M2KM” sistemlərini yüksək dəqiqliklə məhv etdiyini etiraf edib.
“Tor” sistemləri eyni zamanda məhv edilmədi. Birinci sistemimiz sentyabrın 29-da, daha sonra oktyabrın 25-də, noyabrın 8-də və 9-da vuruldu. Bu, fasilələrlə baş verdi, 6 “Tor”un hamısı bir anda məhv edilmədi. Sonuncu “Tor” noyabrın 9-da saat 14:00 radələrində vuruldu”, - deyə o bildirib. 

Beləliklə, bir daha Azərbaycanın tərəfinin 44 günlük müharibə zamanı və sonralar Ermənistan tərəfinin xaricdən silahlandırılması, ora müasir sursatların gətirilməsi faktı bir daha təsdiqini tapdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1502

Oxşar yazılar