Madat Babayandan Xocalı soyqırımında  iştirak etirafı
18 aprel 2025 19:50 (UTC +04:00)

Madat Babayandan Xocalı soyqırımında iştirak etirafı

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini etiraf edib.

Lent.az xəbər verir ki o, dindirilərkən 1992-ci il fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqləyib və deyib: “Bizi oraya dəstə rəhbərimiz aparmışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın”.

O, Xocalıda bütün əmrləri “Xolostoy” ləqəbli Arkadi Şirinyanın verdiyini qeyd edərək bildirib: “Bizə isə əmrləri Vanik Petrosyan verirdi. Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər”.

M.Babayan Xocalıya silahlarla gəldiklərini, zirehli texnikalardan istifadə edildiyini təsdiqləyib. Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirakını etiraf edib və deyib: “Səhv etmişik”.

O, Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbçiləri tərəfindən maşınlara yığılaraq aparıldığını bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 21-də davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1646

Oxşar yazılar

Xaçmazda kişi evinin həyətində ölü tapıldı

Xaçmazda kişi evinin həyətində ölü tapıldı

3 iyun 2025 , 19:33
Daha iki tiktoker ev dustaqlığına buraxıldı

Daha iki tiktoker ev dustaqlığına buraxıldı

3 iyun 2025 , 19:31
Məşhur iş adamını şirlər yedi

Məşhur iş adamını şirlər yedi

3 iyun 2025 , 19:07
Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

3 iyun 2025 , 18:17
Gəncədə stansiya işçisi qatardan yıxıldı

Gəncədə stansiya işçisi qatardan yıxıldı

3 iyun 2025 , 17:46
Naringi yeyən qadın boğulub öldü

Naringi yeyən qadın boğulub öldü

3 iyun 2025 , 17:35
DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

3 iyun 2025 , 15:43
Şəmkirdə yeniyetmə epilepsiyadan  öldü

Şəmkirdə yeniyetmə epilepsiyadan öldü

3 iyun 2025 , 15:36