Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Çaylı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan sərnişin 2007-ci il təvəllüdlü Ö.İsmayılov hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.