“Ford”dan Çinə zərbə  -  Avtomobillərin Çinə tədarükünü dayandırdı
19 aprel 2025 00:12 (UTC +04:00)

“Ford”dan Çinə zərbə - Avtomobillərin Çinə tədarükünü dayandırdı

ABŞ-ın avtomobil istehsalçısı “Ford” Vaşinqton və Pekin arasında gedən ticarət müharibəsi səbəbilə bəzi modellərinin Çinə tədarükünü müvəqqəti olaraq dayandırıb.

Lent.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” mənbələrə istinadən məlumat verib.

Məlumata görə “Ford” bu həftə “F-150 Raptor” pikapları, “Mustang” idman kupeləri və “Bronco” yolsuzluq avtomobillərinin tədarükünü dayandırıb. “Ford”a məxsus “Lincoln's Navigator” modelinin Çinə tədarükü də dayandırılıb.

Qəzet qeyd edib ki, Çinin yuxarıda adı çəkilən avtomobillərə olan rüsumları son vaxtlar 150%-ə qədər artıb və “F-150” pikapının flaqman versiyasının qiyməti təxminən 100.000 dollardır.

Ümumilikdə şirkət keçən il Çinə yuxarıda adı çəkilən modellərdən təxminən 5500 avtomobil göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2002

Oxşar yazılar