Sabirabadda mikroavtobusla TIR toqquşdu, yaralılar var  -YENİLƏNİB
24 fevral 2023 10:02 (UTC +04:00)

Sabirabadda mikroavtobusla TIR toqquşdu, yaralılar var -YENİLƏNİB

0

Sabirabadda mikroavtobusla TIR toqquşması zamanı yaralanan 6 nəfərin adı məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəzada yaralanan Füzuli rayonunun Bala Bəhmənli kənd sakini, 1998-ci il təvəllüdlü Zeynal Elçin Xanlar oğlu, Bakı sakini, 1992-ci il təvəllüdlü Salayaev Sübhan Etibar oğlu, Bakı sakini, 1973-cü il təvəllüdlü Əliyev Bərxudar Saleh oğlu, Saatlı rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədova Cavahir Əli qızı, Füzuli rayonu Bala Balabəhmənli kənd sakini, 1955-ci il təvəllüdlü Hüseynova Cəmilə Məhərrəm qızı və Füzuli rayon sakini 1958-ci il təvəllüdlü Məmmədov Tərlan Məmməd oğlu Sabirabad rayon xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, hadisə Hacıqabul-Horadiz magistralının Sabirabad rayonu ərazisindən keçən hissəsində baş verib.

***
Saat: 08:39

Sabirabadda mikroavtobusla TIR toqquşub

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Hacıqabul-Horadiz magistralının Sabirabad rayonu ərazisindən keçən hissəsində baş verib.  Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3307

Oxşar yazılar