Sabirabadda FACİƏ:  Üzərinə gübrə tökülən mühafizəçi öldü
21 iyun 2023 12:37 (UTC +04:00)

Sabirabadda FACİƏ: Üzərinə gübrə tökülən mühafizəçi öldü

0

İstehsalat məntəqəsində mühafizəçinin xəsarət aldıqdan bir neçə gün sonra  ölməsi faktına dair cinayət işi başlanılıb.

Sabirabad rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 4-də Sabirabad Sənaye Məhəlləsinin ərazisində yerləşən gübrə istehsalı məntəqəsində mühafizəçi 1988-ci il təvəllüdlü Nurlan Cəbrayılovun müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə  rayon prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, həmin gün saat 23 radələrində üzərinə yüksək temperaturlu gübrə məhlulunun tökülməsi nəticəsində Nurlan Cəbrayılov yanıq xəsarətləri alıb və iyunun 20-si müalicə aldığı xəstəxanada ölüb. 

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2301

Oxşar yazılar