Sabiq nazir müavini pensiyasından   narazıdır
14 dekabr 2022 19:32 (UTC +04:00)

Sabiq nazir müavini pensiyasından narazıdır

Azərbaycanda sabiq nazir müavini pensiyasından şikayət edib.

Lent.az-ın əldə etdiyi məlumata görə, 1997-ci ildə ləğv edilən Xarici Əlaqələr Nazirliyinin birinci müavini, nazir əvəzi Qüdrət Quliyevin vəkili onun pensiyası ilə əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət edib. Müraciətdə sabiq məmurun dövlət qulluqçusu kimi təqaüdə çıxması tələbi irəli sürülüb. Lakin birinci instansiya məhkəməsi bu tələbi təmin etməyib.

Q. Quliyev də İnzibati məhkəmənin bu qərarı ilə razılaşmayıb. O, öz növbəsində Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.

Həmçinin məlumata görə, sabiq nazir müavini ikinci qrup əlilliyə görə təqaüd alırmış. Bir neçə il əvvəl o təqaüd də kəsilib. Sonradan həmin təqaüdün bərpa olunub-olunmaması barədə isə məlumat yoxdur.

Qeyd edək ki, Qüdrət Quliyev 1995-ci ildə Azərbaycan Xarici Əlaqələr Nazirliyinin birinci müavini təyin edilib. O zaman həmin quruma nazir təyin olunmadığı üçün Q. Quliyev həm də nazir vəzifəsini icra edib. Sabiq məmur bundan əlavə, Azərbaycan SSRİ-nin XII çağırışda Naxçıvan MSSR-nin 343 nömrəli Culfa seçki dairəsindən deputat seçilib.

Qüdrət Quliyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4491
avatar

Mehman Nəbiyev

Oxşar yazılar