Saatlıda polis sakinlərə atəş açıb? -  AÇIQLAMA
13 mart 2023 17:52 (UTC +04:00)

Saatlıda polis sakinlərə atəş açıb? - AÇIQLAMA

Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakininin polis əməkdaşlarına tabesizlik göstərmələri və bu zaman polisin odlu silah tətbiq etməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır, həqiqəti əks etdirmir. 

Bunu Lent.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib. 

O, polisin qanuni tələbinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq yalnız xüsusi vasitələrin tətbiq edildiyini deyib: “Bir daha vurğulayıram ki, polis odlu silahdan istifadə etməyib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2862
avatar

Fidan İlqar

Oxşar yazılar