Rusiyaya məxsus avtomobillər Azərbaycanın köməyilə  İrandan çıxarılır
07 mart 2026 17:51 (UTC +04:00)

Rusiyaya məxsus avtomobillər Azərbaycanın köməyilə İrandan çıxarılır

0

Rusiyaya məxsus avtomobillər Azərbaycanın köməyi ilə İran ərazisini tərk etməyə davam edir.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, avtomobillərin çıxışı “Astara” sərhəd-keçid məntəqəsi vasitəsilə normal qaydada həyata keçirilir. Ərazidə vəziyyəti Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndələri izləyirlər.

Nazirlik İslam Respublikasından vətəndaşların evakuasiyası zamanı yaranan məsələlərin operativ həllinə göstərdiyi hərtərəfli köməyə görə Bakıya təşəkkür edib.

Qeyd edək ki, 1500-ə yaxın rusiyalı sürücünün İran-Azərbaycan sərhədində qaldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar