Rusiyanın ən varlı regionu uğrunda QANLI MÜHARİBƏ  başlayır
18 yanvar 2023 14:26 (UTC +04:00)

Rusiyanın ən varlı regionu uğrunda QANLI MÜHARİBƏ başlayır

Rusiyanın ən varlı regionlarından olan Xantı-Mansiysk uğrunda "qanuni oğrular"ın müharibəsi başlayıb.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bir qədər əvvəl həbsdən çıxan "Racik Nijnevartovski" ləqəbli Racəddin Mehrəliyev Muxtar Dairədəki bütün şəhərlərə öz adamlarını nəzarətçi təyin edib.

Bu isə yerli qanuni oğru Andrey Bratınunun xoşuna gəlməyib. Bir qədər əvvəl məlum olub ki, "Racik" artıq Surqut da daxil olmaqla bütün şəhərlərdə iş adamlarına  bac qoyub və onlardan aylıq ödəmə tələb edib. 

Bratınunun tərəfdarları isə bununla barışmaq istəmir. Regionda kriminal vəziyyət artıq son həddə çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4167
avatar

Nigar Namiq

Oxşar yazılar