Rusiyanın bu vilayətinə nəzarət edən azərbaycanlıya 9 il həbs
20 fevral 2023 16:36 (UTC +04:00)

Rusiyanın bu vilayətinə nəzarət edən azərbaycanlıya 9 il həbs

Rusiyanın Komi vilayət məhkəməsi azərbaycanlı Heydər Abdurahimov barəsində 9 il müddətində həbs qərarı çıxarıb. 

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Heydər Abdurahimov Komidə 2017-ci ilin fevralından 2021-ci ilin aprelinədək cinayətkar dəstə yaratmaqda, rekertlikdə ittiham olunub. 

Məlumata görə, o, özünü əslən bu vilayətdən olan Rusiyanın çox tanınmış "qanuni oğru"larından sayılan Yuri Piçuqinin (Piçuqa) adamı kimi təqdim edib. 

Qeyd edək ki, Abdurahimov Komi respublikasının bütün kriminal sferalarına nəzarət edirmiş. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2365

Oxşar yazılar