Dövlət Gömrük Komitəsinin əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiyadan "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşlarının idarə etdikləri "DAF" markalı yük avtomobilləri saxlanılıb.
Komitədən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 3 ədəd "İphone 11 Pro Max", 9 ədəd "İphone 11 Pro Max Midnight Green 64 GB", 2 ədəd "İphone 11 Pro Max Midnight Green 256 GB", 1 ədəd "İphone 11 Pro Max 64 GB", 1 ədəd "İphone X Space Grey 256 GB" markalı mobil telefonlar və bu telefonlara aid boş qutular, 250 ampul isə dərman vasitələri aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.