Külli miqdarda siqaretin qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, Rusiya Federasiyası istiqamətindən idarənin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi və hazır qida məhsullarını daşıyan avtomobilə baxış keçirilib. Bu zaman nəqliyyat vasitəsinin yük yerindəki soyuducuda gizlədilmiş müxtəlif adda 3050 qutu siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.