Rusiyada  təyyarə qəzası:   sağ qalan yoxdur -  VİDEO   - YENİLƏNİB
03 noyabr 2021 18:45 (UTC +04:00)

Rusiyada təyyarə qəzası: sağ qalan yoxdur - VİDEO - YENİLƏNİB

İrkutsk vilayətində qəzaya uğrayan An-12 yük təyyarəsinin göyərtəsində olan yeddi nəfərin hamısı həlak olub. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bunu vilayətin qubernatoru İqor Kobzev təsdiqləyib.

***

17:31

Xilasedicilər İrkutsk vilayətində qəzaya uğrayan An-12 təyyarəsinin göyərtəsində olan 5 nəfərin cəsədini aşkar ediblər. 

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, bu barədə fövqəladə hallar xidmətindəki mənbə məlumat verib.

O əlavə edib ki, daha iki nəfərin taleyi naməlum olaraq qalır.

***

Təyyarənin Belarusun “Qrodno” aviaşirkətinə məxsus olduğu bildirilir.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, yenilənmiş məlumata görə, təyyarədə yeddi nəfər - beş ekipaj üzvü və iki müşayiətçi olub. Təyyarə məişət mallarını daşıyırmış.

***

16:39

Yakutskdan İrkutska uçan təyyarə Moskva vaxtı ilə saat 14:45-də Pivovarixa qəsəbəsi ərazisinə enərkən radarlardan itib.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, An-12 yük təyyarəsinin göyərtəsində səkkiz nəfər (onlardan 5-i ekipaj üzvüdür) olub.

Onlardan ikisinin dünyasını dəyişdiyi və cəsədlərinin də artıq tapıldığı bildirilir..

Təyyarədə olan daha altı nəfərin taleyi məlum deyil.

Təyyarə yerə çırpılandan sonra yanmağa başlayıb.

Rusiyada təyyarə qəzası

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6003
avatar

Oxşar yazılar