Rusiyada qanunsuz yaşayan azərbaycanlı saxlanıldı
26 avqust 2023 09:57 (UTC +04:00)

Rusiyada qanunsuz yaşayan azərbaycanlı saxlanıldı

Tıva Respublikasının Kızıl şəhərində 36 yaşlı Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyən edilib. 

Lent.az yerli mediaya istinadla bildirir ki, o, Rusiyada qeyri-qanuni yaşayır. Ölkədə qanuni qalma müddəti başa çatıb və onun uzadılması üçün heç bir əsas olmayıb. Tıva Respublikası üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, həmin şəxs Rusiya Daxili İşlər Nazirliyinin Kızıl şəhərində saxlanılan şəxslər üçün xüsusi təcridxanaya aparılıb.

Onun əməlinin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.2-ci maddəsinə zidd olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22485
avatar

Mehman Nəbiyev

Oxşar yazılar