Rusiyada içkidən zəhərlənib ölənlərin sayı artdı:  Azərbaycanlı tutuldu  - YENİLƏNİB
16 oktyabr 2021 20:43 (UTC +04:00)

Rusiyada içkidən zəhərlənib ölənlərin sayı artdı: Azərbaycanlı tutuldu - YENİLƏNİB

1

Yekaterinburqda metanol spirtindən zəhərlənmə nəticəsində ölənlərin sayı 16-dan 18 -ə yüksəlib. 

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin İstintaq Komitəsi məlumat yayıb.

***

20:03

Yekaterinburq sakinlərinin metanolla kütləvi ölümcül zəhərlənməsi faktı ilə əlaqədar iki kişi saxlanılıb.

Lent.az-ın Rusiya mediasına istinadla bildirir ki, şübhəlilərin kimliyi də dəqiqləşdirilib. Onlardan biri 54 yaşlı Nadir Məmmədov və onun ortağı, 42 yaşlı Armen Avitesyandır. Onlara qarşı “Təhlükəsizlik tələblərinə cavab verməyən mal istehsalı” maddəsi ilə cinayət işi açılıb.

Bundan əvvəl məlumat verilib ki, Yekatirinburqda tərkibində metanololan spirtdən zəhərlənən 16 nəfər ölüb. 

Surroqat alkoqolun Yekaterinburq Botanika bazarında şüşələrə qablaşdırıldığı bildirilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 4884

Oxşar yazılar