"Şou-əyləncə, toy, nişan keçirilməsi qadağandır".
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilən məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.
Şöbə rəisi qeyd edib ki, xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda şou-əyləncə, toy, nişan və digər kütləvi tədbirlərin təşkili və keçirilməsi qadağandır.
Qeyd edək ki, fevralın 1-dən kafe və restoranlarda yerində xidmət bərpa olunub.