Rayondan gəlib Bakıda yoxa çıxdı
22 oktyabr 2021 13:01 (UTC +04:00)

Rayondan gəlib Bakıda yoxa çıxdı

Bakıda itkin düşən kişi axtarılır.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Yevlax rayonunda qeydiyyatda olan 69 yaşlı Səlim Səlimov 2021-ci il sentyabrın 26-da paytaxtın Nəsimi rayonu ərazisində itkin düşüb.  

Həmin gün onun əynində üzərində boz nöqtələri olan qara rəngli köynək, qara rəngdə şalvar, göy rəngdə ayaqqabı olub. Ağ saçlı, dişləri seyrəkdir, qüsurlu danışır, çilə barmaqlarının hər ikisində ət xalı var. 

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Nəsimi rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (051) 300-03-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

# 1053
avatar

Mehman Nəbiyev

Oxşar yazılar