Rayondakı su hövzəsindən qadın meyiti tapıldı
22 dekabr 2020 15:19 (UTC +04:00)

Rayondakı su hövzəsindən qadın meyiti tapıldı

Ağdamda su hövzəsindən meyit aşkarlanıb.

Lent.az xəbər verir ki, rayonun İkinci Baharlı qəsəbəsində su hövzəsində aşkar edilən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasediciləri 55 yaşlı Həsənova Zibeydə İbad qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

# 1626
avatar

Mehman Nəbiyev

Oxşar yazılar